BMT Təhlükəsizlik Şurasının sentyabrın 20-də Ukrayna mövzusunda keçirilməsi planlaşdırılan iclası nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində keçiriləcək.

BUTA.TV xəbər verir ki, bu barədə Albaniyanın BMT-dəki daimi nümayəndəsi Fərid Hoca məlumat verib.

“Sentyabrın 20-nin BMT Baş Assambleyasının yüksək səviyyəli sessiya həftəsinə təsadüf etdiyininə görə biz liderlərin şəhərdə olmasından istifadə edib, nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində müzakirələr aparacağıq”, - Hoca bildirib.

İlkin olaraq məlumdur ki, Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Həmçinin, yüksək səviyyəli həftədə Ukrayna Prezidenti Vladimir Zelenski və Amerika lideri Co Baydenin də iştirakı gözlənilir.