İranın cənubundakı Kiş adasının yaxınlığında 4,8 bal gücündə zəlzələ olub.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 05:25-də (Bakı vaxtı ilə 05:55) qeydə alınan yeraltı təkanların ocağı 13,7 km dərinlikdə meydana gəlib.

Yeraltı təkanlar adadan 28 km şimal-şərqdə qeydə alınıb.