Türkiyənin Dənizli vilayətinin Honaz rayonunda idarəetməni itirən TIR yolun qarşı tərəfinə keçərək sərnişin avtobusu ilə toqquşub.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qəza nəticəsində 6 nəfər ölüb, 43 nəfər isə yaralanıb.

Zərbənin gücündən hər iki nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.