Ordumuz minaatanlardan atəşə tutuldu
Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub.
Müdafiə Nazirliyindən BUTA.TV-a bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.