Ukrayna qoşunları 1500 km məsafədə düşmən hədəflərini vura biləcək.

BUTA.TV xəbər verir ki, bunu ölkənin Müdafiə və Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov deyib.

O bildirib ki, Ukraynada Rusiyanın dərinliklərindəki hədəflərini vura bilən silahlar hazırlanır:

“Bu, Ukraynanın özünün iki layihəsi - raket proqramı və dron proqramı sayəsində mümkün olub”.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski bir müddət əvvəl 700 kilometr məsafədən Rusiyanın hədəfini vurduqlarını açıqlayıb.