Gürcüstanın Kobuleti bölgəsində minik avtomobili ilə yük maşını toqquşub.

BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Qəza nəticəsində 3 Türkiyə vətəndaşı həlak olub.

Hadisə yerinə polis və təcili yardım maşınları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.