Ermənistanın iki hərbçisi mühəndis işlərini yerinə yetirərkən baş verən partlayış nəticəsində ölüb.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.

Məlumata görə, hadisə saat 17:30 radələrində yol tikintisi üçün partlayış işləri aparılarkən baş verib. Ölənlər mayor Arman Rubikoviç Babacanyan və əsgər Artur Haykoviç Poqosyandır.