Türkiyədə Dənizli şəhərinin Pamukkale rayonunda biri avtobus olmaqla, 3 avtomobilin iştirakı ilə ağır qəza baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, baş verən qəzada 3 nəfər ölüb, 45 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda təcili yardım, yanğınsöndürən, polis, jandarma qrupları sövq edilib.