Nigeriya Prezidenti Bola Tinubu ölkənin diplomatik nümayəndəliklərindəki vəziyyəti təhlil etdikdən sonra bütün səfirlərin geri çağırılması barədə göstəriş verib.

BUTA.TV xəbər verir ki, müvafiq bəyanat şənbə günü Nigeriya Prezident Administrasiyasının X sosial şəbəkəsindəki hesabında yerləşdirilib.

“Prezident Bola Tinubu dünya üzrə bütün səfirlərin geri çağırılması barədə göstəriş verib”, - məlumatda bildirilib.

Baş Assambleyanın qarşıdan gələn iclası ilə əlaqədar yalnız Nigeriyanın Nyu-York və BMT-dəki daimi nümayəndələri geri çağırılmayacaq.