Çexiya Moldovaya hərbi attaşe göndərir
Çexiya Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu nəticəsində yaranan təhlükəsizlik vəziyyətilə əlaqədar Moldovadakı səfirliyində hərbi attaşe postu yaradıb.
BUTA.TV xəbər verir ki, bu barədə Çexiya radiosu məlumat yayıb.
Hərbi diplomatın vəzifələrinə müdafiə sahəsində əlaqələrin gücləndirilməsi və Çexiyanın təhlükəsizliklə bağlı industriyasının dəstəklənməsi daxildir.
Çexiyanın Moldovadakı səfiri Stanislav Kazetski Müdafiə Nazirliyinin də Moldovaya hərbi attaşe göndərilməsilə ilə bağlı məlumatı təsdiqlədiyini bildirib.