Cəlilabadda "Kamaz" aşıb, ölən var.

BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə rayonun Ləkin kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü Söhbət Məmişov idarəetdiyi "Kamaz" markalı yük avtomobilini aşırıb.

Daha sonra onun meyiti avtomobildən çıxarılıb. İlkin məlumata görə, o, ürəktutmasından vəfat etdikdən sonra qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.