Ukrayna müharibədə getdikcə daha çox problemlərlə üzləşəcək və bu, davam edərsə, Rusiya ilə münaqişədə qalib gəlmək çətinləşəcək.

BUTA.TV xəbər verir ki, bunu Böyük Britaniyanın Hərbi Hava Qüvvələrinin istefada olan vitse-marşalı Şon Bell deyib.

“Onlar uzun sürən müharibəyə tab gətirə bilməzlər, çünki qalib gəlmək onlar üçün çətin olacaq. Münaqişə nə qədər uzun sürərsə, bir o qədər də problemlər yaranacaq",- o bildirib.

Bell əlavə edib ki, hərbi qarşıdurma uzanarsa, Ukrayna daha həssas olacaq.