Bakının Səbail rayonunun Şıxov, Bibiheybət qəsəbələri və 20-ci Sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə BUTA.TV-a Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, məhdudiyyətlərin səbəbi magistral su kəmərində qəzanın baş verməsidir.

Agentlik yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.