Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi X hesabında paylaşım edilib.

Qeyd edək ki, C.Bayramov Macarıstanda rəsmi səfərdədir. Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının keçirilməsi də nəzərdə tutulur.