Ukrayna Prezidenti Vladimir Zelenski Donetsk vilayətinə səfər edib.

BUTA.TV xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.

Zelenski Donetsk əməliyyat-taktiki qrupunun tərkibində Ukraynanı müdafiə edən briqadalarla görüşüb.

“Biz Donetsk əməliyyat-taktiki qruplaşmasının tərkibindəki döyüş briqadalarına baş çəkdik. Bu gün səkkiz briqadanın əsgərləri ilə görüşdük”, - deyə Zelenski yazıb.