ABŞ Kiyevə 1 milyard dollardan çox yeni yardım ayırır
ABŞ dövlət katibi Entoni Blinken Kiyevə səfəri zamanı Ukraynaya 1 milyard dollardan çox yeni yardım ayıracağını açıqlayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Kiyevə səfəri zamanı ABŞ dövlət katibi Ukrayna Prezidenti Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.