İranda teatr sahəsinə ayrılan illik büdcə ilə bir futbolçunun illik maaşı eynidir.

BUTA.TV xəbər verir ki, bunu iranlı aktyor Məcid Rəhməti bildirib.

O, ölkədə bir sezon üçün futbolçuya 30-40 milyard tümən arası məvacib verildiyini, bunun teatra ayrılan illik büdcə ilə bərabər olduğunu yazıb.

Rəhməti bunun ölkədə sənətə verilən dəyərə bir nümunə olduğunu bildirib.