Blinken Kiyevdə Danimarka baş naziri ilə görüşdü
Kiyevdə səfərdə olan ABŞ dövlət katibi ilə Danimarka Baş naziri Mette Frederiksen arasında görüş keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Danimarkanın DR portalı məlumat yayıb.
“Danimarka tərəfindən F-16 döyüş təyyarələrinin Ukraynaya təhvil verilməsi müzakirə edilib. Çünki ABŞ təyyarənin tədarükündən əvvəl bunu rəsmi şəkildə təsdiqləməlidir”, - məlumatda qeyd olunub.