ABŞ açıqladı: Ukraynanın əks-hücumunda irəliləyiş var
Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunda irəliləyiş var.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
“Biz əks-hücum əməliyyatında yaxşı irəliləyiş görürük, bu, çox sevindiricidir. Biz əmin olmaq istəyirik ki, Ukrayna təkcə əks-hücum üçün deyil, həm də uzunmüddətli perspektiv üçün lazım olan hər şeyə malikdir”, - Blinken bildirib.