Mozambikdə qatarlar toqquşdu: yaralılar var
Mozambikdə iki qatarın toqquşması nəticəsində 39 nəfər xəsarət alıb.
BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, qəza mərkəzi Maputo əyalətinin Ressano və Qarsiya yaşayış məntəqələri arasındakı yolda qeydə alınıb.
Zərərçəkənlərə yardım göstərilib.