Rusiyanın Rostov şəhərinə PUA hücumu edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev məlumat verib.

Onun sözlərinə görə, PUA Puşkin küçəsində yaşayış binalarının yanına düşüb. PUA-nın düşdüyü ərazidə fövqəladə vəziyyət elan edilib.

Rusiya Teleqram kanallarında isə bildirilib ki, Cənub Hərbi Dairəsinin yerləşdiyi rayona da PUA düşüb.