Bloger Mika Badalyanın və “Sputnik Ermənistanın” köşə yazarı Aşot Gevorkyanın saxlanması ilə bağlı vəziyyəti diqqətlə izləyirik.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

“Biz bu xəbər agentliyinin redaktorları ilə əlaqə saxlayırıq. Vəziyyətin inkişafını diqqətlə izləyirik. Saxlanılanların taleyindən narahatıq və baş verənlərin şəraitini aydınlaşdırmaq üçün addımlar atacağıq”, - deyə bildirilib.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətin Badalyan və Gevorkyanın həbs edildiyini açıqlayıb.