Uzaq mənzilli “Taurus” qanadlı raketlərini Ukraynaya tez bir zamanda çatdırmaq mümkün deyil.

BUTA.TV xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

“Bu raketləri “Leopard” tankları və İRİS-T hava hücumundan müdafiə sistemində olduğu kimi, tez bir zamanda çatdırmaq mümkün deyil, hər bir detalı əvvəlcədən aydınlaşdırmaq lazımdır”, - o bildirib.