Elm və Təhsil Nazirliyi (ETN) “Salam, Məktəb!” adlı kampaniyaya start verib.

Bu barədə BUTA.TV-a nazirlikdən məlumat verilib.

Oktyabrın 1-dək davam edəcək kampaniyada müəllim, şagird, tələbə və valideynlərə xitab edilir:

“Əziz müəllim, əziz şagird, əziz tələbə, əziz valideyn! Bu çağırış sizin üçündür. Sosial media hesablarınızda məktəb, müəllim və övladınıza aid foto, video, mətnləri #SalamMəktəb həştəqi ilə paylaşa bilərsiniz”.