İranda öz müqəddəratını təyin etmək hüququ uğrunda Millətlər Cəbhəsinin nümayəndələri 2022-ci ilin sentyabr ayında başlayan ümumxalq aksiyalarının ildönümü ilə bağlı çağırış ediblər.

BUTA.TV xəbər verir ki, çağırış bəyanatında İranda yaşayan qeyri-fars xalqlara qarşı 100 illik assimilyasiya və ayrı-seçkilik siyasətlərinə toxunulub.

Ölkədə yaşayan bütün xalqlardan sentyabr etirazlarının ildönümündə öz tələbləri və şüarları ilə ümumi aksiyalara qoşulmaları təklif olunub:

“İranda işğal altında olan bütün xalqlar mümkün qanuni mübarizə üsullarından istifadə edərək, işğalçı hakimiyyətin devrilməsi üçün birlikdə mübarizəyə qoşulmalıdırlar”.

İlham Əliyevdən Əli Əsədovla bağlı sərəncam İlham Əliyevdən Əli Əsədovla bağlı sərəncam