Rusiyanın Ermənistanda dövlət çevrilişi hazırlaması ilə bağlı məlumatlar cəfəngiyyatdır.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.

Onun sözlərinə görə, belə iddiaları səsləndirən zaman faktlar irəli sürmək lazımdır:

“Hər hansı virtual sxemlər uydurmaq və bu barədə bütün dünyaya car çəkmək ağıllı olmayan, daha doğrusu, çox axmaq siyasətçilərə xas olan xüsusiyyətdir. Belə bəyanatlar Rusiyaya qarşı düşmənçiliyə təhrik üçün səsləndirilir”.