Fransa bu ölkənin helikopterlərini qaytarmaqdan imtina etdi
Fransa iki “Qazelle” helikopterini Nigerə qaytarmaqdan imtina edib.
BUTA.TV xəbər verir ki, Fransanın “Sabena Technics” şirkəti Nigerə məxsus iki "Qazelle" helikopterini avqustun əvvəlində təmirə qəbul edib, ancaq Fransanın silahlanma ilə bağlı baş direksiyası şirkətə təmir işləri aparmağı, eləcə də onları geri qaytarmağı qadağa qoyub.