ABŞ Slovakiya üçün 3,6 milyon ayırır
ABŞ Slovakiyanın şərq sərhədinin qorunması layihəsinə 3,6 milyon dollar ayıracaq.
BUTA.TV-ın məlumatına görə, bu barədə Slovakiya mediası məlumat yayıb.
Məlumata görə, bu vəsait şərq sərhədinin mühafizəsi üçün təlimlərə və texnikanın tədarükünə sərf olunacaq.
“Layihə sərhədi silahların, narkotiklərin və insanların qeyri-qanuni hərəkətindən qorumağa kömək etmək məqsədi daşıyır, həmçinin sərhədi qanuni şəkildə keçməyin asanlaşdırılmasına yardım etməlidir”, - məlumatda bildirilir.
Nəşr qeyd edir ki, layihənin yaxın iki il ərzində həyata keçirilməsi planlaşdırılır.