AB Rusiyanın almaz sənayesinə sanksiya tətbiq edəcək
Avropa Birliyi Rusiyanın almaz sənayesinə sanksiya tətbiq etmək məsələsi üzərində intensiv işləyir.
BUTA.TV xəbər verir ki, bunu Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel bildirib.
Qeyd edək ki, sentyabrın 9-da Yeni Dehlidə “G20”liyin zirvə toplantısı keçiriləcək. Ş.Mişel toplantıda iştirak edəcək.