Türkiyə Futbol Federasiyası baş məşqçi Stefan Kuntzla yolları ayıra bilər.

BUTA.TV xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Buna səbəb kimi, ötən gün Türkiyə millisinin Avro-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda Ermənistan yığması ilə bərabər qalması göstərilir.

Nəşr iddia edir ki, Türkiyə millisinin başına son olaraq “Trabzonspor”u çalışdıran Abdullah Avcı gətiriləcək.