Sumqayıtda zavod ərazisində radioaktiv maddə aşkarlandı
Sumqayıt şəhərinin Metallurq küçəsindəki zavodların birinin ərazisində radioaktiv maddə aşkarlanıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, Sumqayıt şəhər Polis İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.
Ərazi mühafizə olunub.
Hadisənin səbəbləri araşdırılır.