Qabonda 26 nəfərdən ibarət yeni keçid hökuməti yaradılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Qabonun keçid dövrünün baş naziri Raymond Ndonq Sima bildirib.

“Qabonun keçid dövrünün prezidenti Bris Kloter Oliq Nqema hökumətin tərkibini öz fərmanı ilə təsdiqlədi”, – deyə hökumət başçısı vurğulayıb.

Hökumətin tərkibinə əvvəlki tərkibindən üç nazir daxil edilib.

Qeyd edək ki, Ndonq Sima baş nazir postuna sentyabrın 7-də təyin olunub.

Bakını boşaltmaq üçün yeni plan: Kəndə köçənlərə nə veriləcək? Bakını boşaltmaq üçün yeni plan: Kəndə köçənlərə nə veriləcək?