Bu istiqamətdə rusların 226 hərbçisi məhv edildi
Ukrayna ordusu Tavriya istiqamətində irəliləməyə davam edir.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Tavriya Qrupunun komandanı general Aleksandr Tarnavski deyib.
“İrəli gedirik. Ordunun Tavriya istiqamətində 1 km-dən çox irəliləməsi qeydə alınıb”, - Tarnavski bildirib.
Onun sözlərinə görə, Tavriya istiqamətində bir sutkada rusların 226 hərbçisi məhv edilib.