Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Üç minik avtomobilinin toqquşması nəticəsində iki nəfər həyatını itirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.