Kremlin İrəvanın bu addımını “təhlil” edir
ABŞ və Ermənistanın keçirdiyi təlimlər dərin təhlil tələb edir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“ABŞ-Ermənistan təlimləri dərin təhlil tələb edir. Müəyyən etmək lazımdır ki, Ermənistan hansı məqsədləri güdür. Biz bununla bağlı Ermənistanla əlaqə quracağıq”, - o bildirib.
Qeyd edək ki, bu gündən Ermənistanda ABŞ-la birgə hərbi təlimlər başlayır. Təlimlər sentyabrın 20-dək davam edəcək.