"Qələbə" dairəsi istiqamətində niyə sıxlıq yaranıb?
Paytaxtın Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində aparılan təmir işləri ilə əlaqədar yolda sıxlıq yaranıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sürücülərdən alternativ yol olaraq Həsən Əliyev küçəsindən istifadə etmək tövsiyə olunur.