Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Daren Tanq ilə görüşüb.

Bu barədə BUTA.TV-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə Azərbaycan ilə ÜƏMT arasında uğurlu əməkdaşlığın inkişafı vurğulanıb.

Nazir baş direktora Azərbaycanda əqli mülkiyyət sahəsində həyata keçirilən davamlı islahatlar barədə məlumat verib.

Bakını boşaltmaq üçün yeni plan: Kəndə köçənlərə nə veriləcək? Bakını boşaltmaq üçün yeni plan: Kəndə köçənlərə nə veriləcək?