Macarıstan hərbi xidmətə yararlı qaçqınları Ukraynaya təhvil verməyəcək.

BUTA.TV xəbər verir ki, bunu Macarıstan Baş nazirinin müavini Zolt Şemen deyib.

“Biz heç bir ukraynalı qaçqının hərbi xidmətdə olub-olmadığını yoxlamırıq, Macarıstan onları Ukraynaya ekstradisiya etməyəcək", - nazir müavini bildirib.

Şemen həmçinin vurğulayıb ki, belə adamların məlumatları Ukrayna tərəfinə verilməyəcək:

“Ukraynadan olan hər bir qaçqın Macarıstanda azad insandır, o, burada qalıb-qalmamaq, Qərbə getmək və ya istəsə, qayıtmaq barədə sərbəst qərar verə bilər”.

Qeyd edək ki, Ukrayna hökuməti saxta sənədlərlə ölkəni tərk edən hərbi yaşda olan kişilərin ekstradisiyası ilə bağlı tədbirlər görür.