Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin kadrlar şöbəsinin rəhbəri İqor Fərəcovu vəzifəsindən azad edib.

BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının saytında məlumat verilib.

Zelenskinin fərmanında deyilir:

“İqor Elxanoviç Fərəcov Ukrayna Təhlükəsizlik Xidmətinin Kadrlarla İş Departamentinin rəhbəri vəzifəsindən azad edilsin”.