Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.