Tartusda bir neçə partlayış oldu: ölənlər var
Suriyanın Tartus bölgəsində bir neçə partlayış baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə "Əl Hadat" telekanalının məlumatında bildirilib.
Məlumata görə, Livan Hizbullahına aid anbarlar atəşə tutulub, nəticədə 3 nəfər ölüb. Bundan sonra bölgədə ardıcıl partlayışlar baş verib.