ABŞ Dövlət Departamenti Cənubi Koreyaya F-35 qırıcıları və avadanlıqlarının satışını təsdiq edib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata görə, F-35 qırıcıları və avadanlıqları Cənubi Koreyaya 5,06 milyard dollar müqabilində satılacaq.