Şimali Makedoniya Rusiya səfirliyinin 3 əməkdaşını “arzuolunmaz şəxs” elan edib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Üç diplomatımız heç bir açıqlama verilmədən arzuolunmaz şəxs elan edildi”, - deyə Zaxarova bildirib.

XİN rəsmisi bildirib ki, rəsmi Skopye bununla onsuz da böhran vəziyyətində olan münasibətləri dalana dirəyir.