Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir matçı keçirilib.

BUTA.TV xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Səbail"i qəbul edib.

Gəncədə keçirilən qarşılaşma "Səbail"in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran qonaqlar müvəqqəti olsa da, ikinci pilləyə yüksəlib. "Kəpəz" isə 4 xalla 9-cu sıradadır.

Hazırda isə "Araz Naxçıvan" "Neftçi"ni qəbul edir.

Qeyd edək ki, turun ilk matçında "Zirə" "Sumqayıt"ı 1:0 hesabı ilə üstələyib. "Turan Tovuz" - "Qəbələ" və "Qarabağ" - "Sabah" oyunları sentyabrın 17-də baş tutacaq.