Rusiyada ağır zəncirvari qəza oldu: ölənlər var
Rusiyanın Ryazan vilayətində zəncirvari ağır qəza olub.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Dörd minik avtomobilinin, bir yük maşınının iştirakı ilə baş verən qəzada 4 nəfər ölüb, 1 nəfər yaralanıb.