İrandan MAQATE-yə pis xəbər
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə uranın zənginləşdirilməsi obyektlərini təftiş edən bir neçə agentlik müfəttişinin akkreditasiyasını ləğv edib.
BUTA.TV verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib.
“Onlar agentliyin mühafizəsi altında İranın uranın zənginləşdirilməsi obyektlərində mühüm yoxlama işləri aparıblar”, - Qrossi qeyd edib.