Tehran Cənubi Koreyada dondurulmuş 6 milyard dollarlıq İran aktivləri Qətərdəki hesablarına çatdıqdan sonra ABŞ ilə məhbus mübadiləsi aparacaq.

BUTA.TV xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, yaxın bir-iki gün ərzində ABŞ-ın sanksiyaları nəticəsində Cənubi Koreya banklarındakı hesablarda dondurulmuş 6 milyard dollar Qətərin iki bankındakı İran hesablarına köçürüləcək:

"İran Mərkəzi Bankı vəsaitlərin köçürülməsini təsdiqlədikdən sonra Dohada Tehran və Vaşinqton arasında razılaşmaların mübadiləsi aparılmalıdır".