Qəzaya uğrayan təyyarə avtomobilə çırpıldı - Video
İtaliyanın Turin şəhərinin yaxınlığında hərbi bazada təyyarə qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, bu barədə "La Republika" qəzeti məlumat yayıb.
Məlumata görə, təyyarə havada olarkən qəzaya uğrayıb və yerə düşərkən avtomobilə çırpılıb. Nəticədə avtomobildə olan 4 nəfərlik bir ailənin 5 yaşlı qızı yanıq xəsarətlərindən həlak olub. Qızın doqquz yaşlı qardaşı da yaralanıb. O və valideynləri xəstəxanaya çatdırılıb, təyyarənin pilotu isə xəstəxanaya yerləşdirilib.
Pilotun qəza anı aşağı hündürlükdə paraşütünü açaraq təyyarədən atıldığını əks etdirən görüntülər yayılıb.