Erməni separatçılar heç bir halda hərbi texnikanın, canlı qüvvənin hərəkətinin çəkilib internetdə yerləşdirilməməsi haqqında xəbərdarlıq edib.

BUTA.TV xəbər verir ki, bu barədə erməni Teleqram kanallarında məlumat yayılıb.

İddia edilib ki, Azərbaycan Ordusunun bölmələrinin “cəmləşməsi” müşahidə edildiyi üçün “tədbirlər” görülür.

Qeyd edək ki, qanunsuz erməni silahlıların təxribat törədəcəyi istisna edilmir.