Pxenyanın Moskvaya yardımı: Fərq yaradacaqmı? - ABŞ
Şimali Koreya Ukraynaya qarşı müharibə üçün Rusiyaya artilleriya sursatının tədarükünü artıra bilər. Amma bu, çətin ki, hazırkı situasiyada ciddi dəyişiklik yaratsın.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli deyib.
O bildirib ki, Şimali Koreya lideri Kim Çen İn və Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar Pxenyanın Moskvanı 152 mm-lik artilleriya mərmiləri ilə təmin etməsinə gətirib çıxaracaq:
"Bu böyük fərq yaradacaqmı? Mən buna şübhə ilə yanaşıram”, - o bildirib.